Rusiya əsirliyindən Ukraynaya qaytarılanlar arasında azərbaycanlı da var

image-sbubackend

Xəbər verdiyimiz kimi, Ukrayna sentyabrın 21-i 215 hərbçini Rusiya əsirliyindən geri qaytarıb. Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, geri qaytarılanlar arasında 124 zabit və 10 əcnəbi olub.

Busaat.az xəbər verir ki, rəsmi Kiyevin yaydığı siyahıda Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, 1999-cu il təvəllüdlü Babayev Rüstəm Arif oğlunun da adı qeyd olunub. Yerli KİV və sosial şəbəkələrdə onun Azərbaycanəsilli olduğu iddia edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90