Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.85 $▼2.54%
  • WTI neft85.86 $▼2.81%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.133 $▼0.79%
  • Qızıl3 849 $▼0.54%
  • Gümüş46.85 $▼1.00%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda600.50 ¢▲2.34%
  • Bitcoin64 752 $▼0.86%
  • Ethereum1 813 $▼1.16%
  • S&P 5007 417▼1.90%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

“Rusiya gec-tez bizimlə danışığa başlamalı olacaq” - Zelenski

image-zelenski-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əksər istiqamətlərdə ukraynalı müdafiəçilər döyüşü dayandıra biliblər”.

Busaat.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa növbəti videomüraciətində bildirib.

“Saat 04:00-da Rusiya qüvvələri Ukrayna ərazisinə raket zərbələri endirməyə davam edib. Deyirlər ki, mülki obyektlər onlar üçün hədəf deyil. Bu, yalandır. Rusiyanın hücumu altında dünən olduğu kimi həm hərbçilər, həm də mülki şəxslər eyni dərəcədə təsirlənir. Bu hücumun məqsədi təzyiqdir, bütün cəmiyyətimizə təzyiqdir. Yenə deyirəm: təkcə hakimiyyətə deyil, bütün ukraynalılara”, – deyə Zelenski söyləyib.

Onun sözlərinə görə, ukraynalı müdafiəçilər ilk gündə Rusiyaya işğalın əməliyyat planını həyata keçirməyə imkan verməyiblər:

“Əksər istiqamətlərdə düşmən dayandırılıb, döyüşlər gedir. Rusiya hücumu gücümüzün yorulacağına əsaslanaraq davam edir. Amma biz yorulmuruq. Hava Hücumundan Müdafiə Qoşunları səmamızı mümkün qədər qoruyur”.

Zelenski, həmçinin bildirib ki, gec-tez Rusiya ilə Ukrayna arasında danışıqlar başlamalıdır:

“Rusiya gec-tez bizimlə danışığa başlamalı olacaq. Bu, nə qədər tez baş verərsə, Rusiyanın itkiləri bir o qədər az olacaq”.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72219