NATO-nun baş katibi Mark Rutte bildirib ki, bu günə qədər təxminən bir milyon rusiyalı ölüb.
Busaat.az xəbər verir ki, Rutte bu barədə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.
O, əlavə edib ki, Rusiya hər ay təxminən 20 min əsgər itirir.
“Ukrayna tərəfində də çoxlu ölü və yaralı var”, – NATO-nun baş katibi vurğulayıb.
Davamlı sülh razılaşması üçün Rusiya prezidenti Vladimir Putinin bir daha hücum etməyə cəsarət etməyəcəyini təmin etmək lazımdır, çünki o, onun üçün fəlakətli nəticələrə səbəb olacağını dəqiq biləcək.
NATO baş katibinin sözlərinə görə, Trampın sülh planı Rusiya ilə sülh razılaşmasının əldə oluna biləcəyi vəziyyətə aparan yolun işlənib hazırlanması üçün əsasdır: “Paralel olaraq, Aİ və NATO səviyyəsində müzakirələr gedir, lakin bunlar ABŞ və Ukrayna arasında aparılan danışıqlarla bağlı deyil”, – o, aydınlıq gətirib.
Yeganə








