“Rusiya ilə oyunu ləğv edin!”

image-169941_z03kuns3uabackend

Ukraynanın əfsanəvi futbolçuları Bosniya və Herseqovina komandasının oyunçuları və məşqçi heyətinə müraciət ediblər.

Busaat.az xəbər verir ki, müraciətdə noyabrın 19-da Rusiya ilə Sankt-Peterburq şəhərində yoxlama matçının nəzərdə tutulduğu xatırladılıb və bundan imtina olunması xahiş edilib. Ukrayna Futbol Federasiyasının saytında da dərc olunan müraciətdə bildilir ki, artıq yarım ildir Ukrayna komandaları və milli öz meydanında bir beynəlxalq oyun keçirə bilmir:

 

 

“Həmçinin milyonlarla vətəndaşımız – əsasən qadınlar və uşaqlar Ukraynanı tərk etmək məcburiyyətində qalıb. Biz Bosniya və Herseqovinaya minnətdarıq ki, onların bəziləri üçün dost vətəninə çevrilib. İndi biz təkcə Ukraynaya görə mübarizə aparmırıq. Biz Bosniya və Herseqovinanın da mənsub olduğu bütün demokratik, sivil dünyanın gələcəyi üçün mübarizə aparırıq.

Ona görə də Ukraynada davam edən bu cür hadisələrdən sonra komandanızın noyabrın 19-da Rusiya millisi ilə yoldaşlıq oyunu keçirməyə razılıq verməsi xəbəri bizi təəccübləndirdi və çox üzdü. Hesab edirik ki, Bosniya və Herseqovina yığmasının Rusiya ilə oyun keçirmək qərarı təəssüf doğuran səhvdir. Amma bu, düzəldilə bilən bir səhvdir!

Buna görə də sizi Rusiya komandası ilə futbol matçında iştirakdan imtina etməyə çağırırıq! Demokratik Avropanın gələcəyi naminə imtina edin!”

Müraciəti “Qızıl top”un qalibləri Oleq Bloxin, İqor Belanov, Andrey Şevçenko, DÇ-nin iştirakçısı Anatoli Demyanenko, Olimpiya çempionu Aleksey Mixayliçenko, Oleq Protasov (UEFA Gümüş butsunun qalibi – 1986) imzalayıblar.

Qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90