Rusiya Jurnalistlər İttifaqından Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı

image-jurnalistlerbackend

Rusiya Jurnalistlər İttifaqı azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində həlak olmaları ilə əlaqədar başsağlığı verib.

Busaat.az xəbər verir ki, təşkilatın saytında yerləşdirilmiş başsağlığı mətnində deyilir:

“Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Partlayış nəticəsində iki həmkarımız – telekanalın operatoru Sirac Abışov və AzərTAc informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov həlak olublar. Rusiya Jurnalistlər İttifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki