Busaat.az xəbər verir ki, bu barədə nazirlikdən jurnalistlərə məlumat verilib.
Sayt ziyarətçiləri Laçın dəhlizi ərazisindəki Rusiya müşahidə postlarının yerləşdiyi xəritələrə baxa, Dağlıq Qarabağ ərazisindəki mövcud vəziyyətlə tanış ola biləcəklər.
Nazirliyin məlumatına görə, bu bölmə daim Rusiya sülhməramlılarının işi və münaqişə bölgəsindəki vəziyyət barədə aktual xəbərlərlə, foto və video materiallarla yenilənəcək. Bütün məlumatlar xarici dillərə tərcümə olunacaq.