“Rusiya mümkün qədər vaxt qazanmaq və situasiyanı əlində saxlamaq niyyətindədir…” – ŞƏRH

image-aliyev-putin-pashinyan-800x577backend

Azərbaycan və Ermənistan liderlərinin növbəti dəfə Moskvada görüşünün keçirilməsində Rusiyanın konkret istəyi nədir? Vaşinqton və Brüssel platformalarına maneə olaraq rəsmi Kreml vaxtı uzatmağamı çalışır?

Mövzu ilə bağlı politoloq Umuxanım Hüseynova Busaat.az-a açıqlamasında bildirib ki, Rusiya bu bölgədə konfliktlərin birdəfəlik həll olunmasının heç vaxt tərəfdarı olmayıb:

image-873e4f4e-fff2-40b8-bf73-a59b00269605

“İstərdim ki, məsələyə tarixi aspektdən yanaşaq. Moskva hələ 18-ci əsrdən başlayaraq Qafqaz bölgəsində, xüsusilə də 14 may 1805-ci ildə Qarabağ xanlığı Rusiya dövlətinin himayəsini qəbul etdikdən sonra öz təşəbbüsü ilə yaratdığı konfliktlərin bu bölgədə birdəfəlik həll olunmasının heç vaxt tərəfdarı olmayıb.

Hadisələrin gedişi onu göstərir ki, Rusiya bölgədəki konfliktlərin həllində heç vaxt maraqlı olmayacaq.

Əlbəttə ki, Rusiya mümkün qədər vaxt qazanmaq və status-kvonu hər zaman öz əlində tutmaq niyyətindədir.

Bir məsələni də qeyd edim ki, Türkiyə də bu məsələnin həllində dolayı yolla da olsa önəmli bir faktordur. Türkiyə-Azərbaycan birliyinin güclənməsi də məsələnin bizim xeyrimizə olmasına xidmət edir. Bizim isə hər kəsdən öncə özümüzə güvənməyimiz lazımdır.

Hesab edirəm ki, 25 may 2023 – cü ildə Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək Moskva danışıqlarında konkret nəticə əldə olunmasa da, müəyyən sənədlər imzalanacaqdır. Məhz həmin sənədlər sülh sazişinin əldə olunması istiqamətində müəyyən mənada effektli ola bilər”.

Bünyamin Bünyadzadə
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki