Rusiya peyvəndindən ŞAD XƏBƏR: könüllülərin 85 faizində…backend

Dünyanın ilk qeydiyyata alınan koronavirus peyvəndi “Sputnik V”nin sınaq partiyaları Rusiyanın bütün bölgələrinə çatdırılıb.

Busaat.az xəbər verir ki, bunu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Qintsburq deyib.

Onun sözlərinə görə, artıq peyvəndin ilk dozaları 2 min 500 könüllüyə inyeksiya edilib: “3-cü dərəcəli kliniki sınaqlar artıq Moskvada başlayıb. Bu, olduqca bahalı layihədir. 40 min könüllü müxtəlif immun formalarının yaranması baxımından bütün parametrlər nəzərə alınaraq analiz edilir. Könüllülərin 14-15 faizində 38 dərəcə qızdırma, peyvəndin vurulduğu yerdə qızartı və baş ağrısı kimi simptomlar aşkarlanıb. Bunların 1 gündən sonra keçəcəyi gözlənilir. Qalan 85 faizdə isə heç bir simptom müşahidə olunmayıb”.

Mərkəz sədri bildirib ki, sınaqlar 2021-ci ilin yaz aylarında başa çatacaq. Ardınca peyvənd uşaqlar üzərində sınaqdan keçiriləcək.