Rusiya Ukraynada bütün istiqamətlərdə hücumları DAYANDIRDI

image-media-1647669559_q1647668095-z58oahiu2x3f9pqcnwtg-620x433backend

Amerika kəşfiyyatı Rusiya qoşunlarının Ukraynada bütün istiqamətlərdə hücumu dayandırdığını müşahidə edir.

Busaat.az xəbər verir ki, bu barədə Pentaqonun adı açıqlanmayan yüksək çinli məmuru BBC-yə açıqlamasında deyib.

O bildirib ki, rus silahlılarının Kiyevə şimal, şimal-qərb, eləcə də 30 km aralıda yerləşdikləri şərq istiqamətindən irəliləyişi qeydə alınmır.

Pentaqon nümayəndəsinin sözlərinə görə, müdafiə xəttini yarmaq cəhdlərinə baxmayaraq, rus hərbçilərinin Xarkova yaxınlaşmasını müşahidə etmirlər, Çerniqov və Mariupol mühasirədə qalsa da, ukraynalıların şiddətli müqaviməti rus qoşunlarının işğalının qarşısını alır.

Amerika rəsmisi qeyd edib ki, Rusiyanın aerodromlara raket zərbələrinin artırılmasına baxmayaraq, Ukrayna öz təyyarələrinin əksəriyyətini döyüşə hazır vəziyyətdə saxlayır. Bundan əlavə, hava hücumundan müdafiə sistemləri Rusiya qırıcılarını və raketlərini vurmağa davam edir. Ona görə də Ukrayna üzərindəki hava məkanı tam olaraq rusların nəzarətində deyil. (manset.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90