“Rusiya Ukraynanın təklifini qəbul edə bilər”

image-cavusoglu1backend

“Ukrayna Türkiyəni mümkün razılaşmanın təhlükəsizlik ölçüsünün təminatçılarından biri kimi təklif edib və Rusiyanın buna etirazı olmayıb”.

Busaat.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lvovda ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Ukrayna Kollektiv Təhlükəsizlik Müqaviləsi: P5+Türkiyə və Almaniya ilə bağlı təklif irəli sürüb. Dünən Moskvada təmaslarım zamanı gördüm ki, Rusiya Federasiyasının buna etirazı yoxdur və belə bir təklifi qəbul edə bilərlər”, – deyə türkiyəli XİN rəhbəri bildirib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90