
Rusiya Ukraynaya yox, bu ölkəyə nüvə zərbəsi endirəcək - General AÇIQLADI
Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edərək Polşa ərazisinə zərbə endirmək əmri verə bilər. Bunu NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş komandanı, general Uesli Klark CNN telekanalına açıqlamasında deyib.
“Əgər o, həqiqətən NATO-nu məhv edə biləcəyinə inanırsa, taktiki nüvə silahından istifadə edə bilər. Harada? Bəlkə Ukraynada deyil, Polşada,” – Klark deyib.
Bundan əlavə, general Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etmə ehtimalına şübhələrinin olduğunu bildirib./virtualaz.org























