Rusiyada qazın qiyməti bahalaşdı

image-qazzbackend

Rusiyanın Federal Antiinhisar Xidməti iyulun 1-dən “Qazprom” və onunla bağlı şirkətlərin istehsal etdiyi qazın topdansatış qiymətlərini təsdiqləyib.

Busaat.az  “Prime” nəşrinə istinadən xəbər verir ki, ölkədə sənaye müəssisələri üçün qaz 5% bahalaşacaq.

Bildirilir ki, ƏDV xaric ən yüksək qiymət Adıgey, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçenistan, Krasnodar və Stavropol üçün müəyyən ediləcək. Belə ki, burada 1000 kubmetr qaz üçün 5413 rubl müəyyən edilib.

Ən aşağı qiymət isə Yamalo-Nenets Muxtar Dairəsi üçün təsdiq olunub və 1000 kubmetrə görə 2907 rubl təşkil edəcək.

Moskva və Moskva vilayətindəki müəssisələr 1000 kubmetr qaza görə 5303 rubl, Sankt-Peterburq və Leninqrad vilayətlərində isə 5115 rubl ödəyəcəklər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90