
Rusiyada "TikTok" cərimələnib
Moskvanın Taqanski Məhkəməsi “TikTok”u 7 milyon rubl cərimələyib.
Busaat.az xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin rəsmi Teleqram kanalı bildirib.
Rusiya məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 13.50-ci maddəsinin 3-cü hissəsini pozmaqda təqsirli bilib. Xidmətin Rusiya qanunlarına əsasən sosial şəbəkə sahibi kimi öhdəliklərini dəfələrlə yerinə yetirmədiyi bildirilir.
Mesajda hansı konkret yerinə yetirilməmiş öhdəliklərin müzakirə olunduğu göstərilmir.
Bundan əlavə, Taqanski Məhkəməsi “Apple”ı İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinə əsasən cərimələyib. Qeyd edilib ki, korporasiya Rusiya qanunları ilə silinməsi tələb olunan məlumatları silə bilməyib. Məhkəmə “Apple”ı 3,5 milyon rubl ödəməyə məcbur edib.
Yeganə























