Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 782 $▲0.07%
  • Ethereum2 238 $▲0.14%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
İqtisadiyyat

Rusiyadakı sanksiyaların Azərbaycana təsiri: "Müəyyən problemlər yaşana bilər"

image-8dadc0dc-8f7e-41a7-993a-73f07d7b88dc
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hansısa məhsulun ixracı məsələsində Azərbaycanla Rusiya arasında rəqabət varsa, həmin məhsulun ixracatı ölkəmiz üçün faydalı olacaq”.

Bunu Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycan iqtisadiyyatına təsirlərini təhlil edən iqtisadçı Eldəniz Əmirov Busaat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyaya tətbiq olunan sanksiyalar iqtisadi əməkdaşlıq çərçivəsində müəyyən istiqamətlər üzrə Azərbaycana mənfi və müsbət təsirlərə malik olacaq:

“Müsbət amil odur ki, rublun ucuzlaşması fonunda Rusiyada istehsal olunan məhsulların maya dəyəri aşağı düşə bilər. Eyni zamanda sanskiyalar Rusiyanın digər ölkələrə ixrac imkanlarını azaldacaq və nəticədə məhsul bolluğu yaranacaq. Bu isə Azərbaycan üçün əlavə fürsətlər yarada bilər. Həmçinin hansısa məhsulun ixracı məsələsində Azərbaycanla Rusiya arasında rəqabət varsa, həmin məhsulun ixracatı ölkəmiz üçün faydalı olacaq.

Mənfi təsirlər Azərbaycanın Rusiyadan idxal asılılığı ilə bağlı məsələdə olacaq. Belə ki, Rusiyada istehsalın zəifləməsi nəticəsində Azərbaycanda müəyyən zəruri məhsulların idxalı zamanı problemlər yaşana bilər. Bununla yanaşı, Rusiyada yaşayan azərbaycanlılar ayda və ya rübdə bir dəfə Azərbaycana gəlirlər. Onların hesabından ölkəmizə pul vəsaiti daxil olur və həmin adamların Azərbaycanda yaşayan ailələri bu vəsait hesabına yaşayırlar. Sanskiyalar həmin ailələrə mənfi təsir edəcək”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72602