Rusiyalı bloger yayım zamanı şagird qızı çəkiclə döyərək öldürdü

image-download-15backend

Rusiyanın St. Sankt-Peterburq şəhərində yaşayan 16 yaşlı bloger yaydığı video zamanı 13 yaşlı məktəbli qızı çəkiclə döyərək öldürüb.

Busaat.az xəbər verir ki, bu barədə sosial media hesablarında paylaşımlar edilib.

Telegram-da “Mash on the Moika” kanalı yazıb ki, Sankt-Peterburqdan olan 16 yaşlı bloger video yayımı zamanı 13 yaşlı sevgilisini çəkiclə öldürdükdən sonra dostu ilə birlikdə saxlanılıb.

Telekanalın məlumatına görə, qatillərin qızı “qeyri-adi yerdə müsahibə verməyə” dəvət etdikləri, bir gün əvvəl Parqolovo yaxınlığındakı meşədə məzarını qazdıqları və qızı şəxsi əşyaları ilə birlikdə basdırdıqları qeydə alınıb.

Qızın mayın 1-də dostları ilə görüşə çıxdığı və bir daha geri qayıtmadığı, qatilin isə bu gün nəzarətə götürüldüyü bildirilir.

O da məlum olub ki, 16 yaşlı blogerin şəriki hadisəni videoya çəkib.

Kanal yazıb ki, yayım zamanı qıza heç nədən şübhələnməmək üçün diqqətini yayındıran suallar verilib və müəyyən məqamda bloger ona arxadan yaxınlaşaraq ən azı 10 dəfə çəkiclə vurub.

Bloger hadisədən sonra verdiyi açıqlamada törətdiyi cinayəti etiraf edib və intihar edəcəyini planlaşdırdığını açıqlayıb. Lakin bloger uğursuz intihar cəhdindən sonra evinə basqın zamanı polis tərəfindən saxlanılıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90