Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft89.57 $▲0.20%
  • WTI neft82.45 $▲0.12%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.340 $▼0.98%
  • Qızıl3 732 $▼0.22%
  • Gümüş45.20 $▲0.24%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.25 ¢▲0.77%
  • Bitcoin63 421 $▲0.70%
  • Ethereum1 803 $▲1.59%
  • S&P 5007 324▼0.23%
14°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Dünya

Rusiyanın 5 ən varlı insanı bir gündə 4,2 milyard dollar itirdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın 5 ən varlı insanının sərvəti bir gün ərzində koronavirus səbəbi ilə 4,2 milyard ABŞ dolları azalıb.

Busaat.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Forbes Real Time”ın reytinqində bildirilir.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, Rusiyanın ən varlı iş adamları siyahısında birinci olan “NorNikel” şirkətinin sahibi Vladimir Potaninin sərvəti bir gündə təxminən 900 milyon ABŞ dolları azalaraq 25,7 milyard dollara düşüb.

“LİKoil”un həmtəsisçisi Vahid Ələkbərov isə 900 milyon ABŞ dollarından çox vəsait itirib və hazırda onun sərvəti 23,2 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

NOVATEK-in İdarə Heyətinin sədri Leonid Mixelson isə indi 22,5 milyard ABŞ dollarına sahibdir ki, bu da bir gün əvvələ nisbətən 300 milyon ABŞ dolları azdır.

Novolipetsk Metallurgiya Zavodunun və “Universal Cargo Logistics Holdinq” kimi nəqliyyat və logistika holdinqinin sahibi Vladimir Lisinin isə aktivləri 1,5 milyard ABŞ dolları azalaraq 21,1 milyard ABŞ dollarına düşüb.

“Severstal” şirkətinin həmtəsisçisi Aleksey Mordaşov isə bir gündə 650 milyon ABŞ dollarından çox vəsait itirib və hazırda onun 19,6 milyard ABŞ dolları məbləğində varidatı mövcuddur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=5007