Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 747 $▼0.01%
  • Ethereum2 233 $▼0.17%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

Rusiyanın idxal məhdudiyyətlərini “ədalətsiz maneə” adlandırdı

image-pashinyan-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi idxal məhdudiyyətlərini “ədalətsiz maneə” adlandırıb.

Busaat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, təşviqat kampaniyası çərçivəsində çıxışı zamanı bildirib.

“Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi idxal məhdudiyyətləri fonunda məhsullarının xaricə göndərilməsində ədalətsiz maneələrlə üzləşən fermerlərə subsidiyalar veriləcək”, – hökumət başçısı deyib.

O, ödəniləcək subsidiyaların dəymiş zərərin kompensasiyasına yönələcəyini bildirib. Bununla belə, Baş nazir Ermənistan məhsullarının keyfiyyət standartlarına uyğun gəlmədiyi halların da olduğunu etiraf edib. Paşinyan belə məhsullar ixrac edən şirkətlərə də keyfiyyətin yüksəldilməsi üçün yardım göstəriləcəyini deyib.

Hökumət başçısı hazırda alternativ satış bazarlarının tapılması istiqamətində iş aparıldığını vurğulayıb.

“Ermənistandan ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi çox böyük deyil və indiki halda bu yaxşıdır – Avropanın normal bir supermarket şəbəkəsi bütün bu məhsulları reallaşdıra bilər”, – Paşinyan deyib.

Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) problemlərə gəlincə, Baş nazir seçkilərdən sonra bu mövzuya qayıdıb həll edəcəyini bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının, meyvə-tərəvəzlərin və balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=184828