Rusiyanın müdafiə naziri infarkt keçirdi – 20 general həbs olundu

image-photo_164821backend

İsraildə yaşayan, Rusiyada qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilmiş, lakin eyni zamanda Moskvanın işgüzar və siyasi dairələri ilə əlaqələrini qoruyub saxlayan “Yukos”un keçmiş şəriki Leonid Nevzlin maraqlı məlumatlar açıqlayıb.

Busaat.az xəbər verir ki, Leonid Nevzlin sosial şəbəkədəki açıqlamasında Rusiyanın müdafiə naziri Sergey Şoyqunun güclü infarkt keçirdiyini bildirib. O, Şoyqunun hazırda reanimasiyada olduğunu iddia edib.

İsraildə yaşayan rusiyalı iş adamı məlumatı Moskvadakı mənbələrinə istinadən yayıb.

“Şoyqu oyunu tərk etdi, sağ qalsa, əlil ola bilər. Qəfildən güclü infarkt keçirdi, reanimasiyadadır, onu tibbi cihazlara qoşublar”, – iş adamı yazıb.

O, həmçinin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin 20 generalı həbs edilib. Səbəb 2014-cü ildən bəri məmurların Putinin genişmiqyaslı işğala hazırlaşmaq üçün ayırdığı xeyli pulu oğurlaması ola bilər.

“Müdafiə Nazirliyinin 20 generalı həbs edilib”, – deyə qeyd edən Leonid Nevzlin onların bütün qərargah zabitləri olduğunu bildirib. Onun iddiasına görə, həbs edilən heyət Ukraynada “Rusiyanın xilaskar ordusu”nun təntənəli qarşılanma mərasiminə hazırlanması üçün ayrılan vəsaitin tamamilə mənimsənilməsində ittiham edilir. Söhbət  2014-cü ildən bəri Putinin ayırdığı 10 milyard dolların oğurlanmasından gedir.

İş adamı bildirib ki,  Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviçə qarşı cinayət işinin hazırlandığını öyrənib.

“Arkadi Dvorkoviç barəsində cinayət işi hazırlanır, onun həmkarları və dostlarına qarşı ifadə verəcəyi gözlənilir. “FSB”dəki mənbələr bildirirlər ki, istintaqla sövdələşməyə razılıq verməsə, Matrosskaya Tişina həbsxanasına və ya Lefortovoya köçürüləcək”, – Leonid Nevzlin bildirib.

Nevzlinin sözlərinə görə, Putinin keçmiş müşaviri Vladimir Surkov isə ev dustaqlığına buraxılıb.

“O, müharibəyə hazırlıq üçün ayrılan pulları oğurlamaqda şübhəli bilinir. Eyni işdə 20 general da həbs edilib”.

Rusiyada Nevzlinin açıqlamasına hələlik münasibət bildirilməyib.

Kreml Şoyqunun mümkün infarkt keçirməsi ilə bağlı məlumatı hələlik təsdiqləməyib, lakin təkzib də etməyib.

Leonid Nevzlin İsraildə yaşayan rusiyalı sahibkar və ictimai xadim, “Yukos” neft şirkətinin keçmiş rəhbərlərindən biridir.

2006-cı ildə Rusiya prokurorluğu Nevzlini keçmiş “FSB” zabiti Aleksandr Litvinenkonun zəhərlənməsində şübhəli bilinən şəxslərdən biri adlandırıb. O, Rusiya məhkəməsi tərəfindən qətllərin təşkilində ittiham olunaraq qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib, bu cəza Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanıb (modern.az).

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki