Rüstəm Muradov Qarabağdan geri çağırıla bilər

Rüstəm Muradov Qarabağdan geri çağırıla bilərbackend
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər.
Modern.az Ermənistanın “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, onun yerinə başqa generalın təyinat alması ehtimalı var.
“Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər”, – deyə qəzet yazır.
Hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib.
Rusiya KİV-i isə Rüstəm Muradovun yerinə başqa hərbçilərin də namizəd olduğunu iddia edir. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiəı naziri Sergey Şoyquya təqdim edib.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90