Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft93.47 $▼4.95%
  • WTI neft87.50 $▼4.17%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.200 $▲5.86%
  • Qızıl4 112 $▼0.52%
  • Gümüş52.84 $▼0.53%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda589.50 ¢▼0.34%
  • Bitcoin74 600 $▼0.17%
  • Ethereum2 121 $▼0.17%
  • S&P 5007 547▲2.33%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Son dəqiqə

Saat 11:00-da işıq kəsiləcək - Bu ərazilərdə

image-1564948535-isiq_
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nehrəm qəsəbəsi və Araz kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Busaat.az xəbər verir ki, bu barədə Babək Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, yanvarın 22-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq Araz Su Elektrik Stansiyasından qidalanan 35 kV Nehrəm elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Təmir-bərpa tədbirləri səbəbindən Babək rayonunun Nehrəm qəsəbəsində və Araz kəndində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179345