Sumqayıt şəhəri, Qurd dərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası olaraq, Saray körpüsü ətrafında yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək.
Qeyd olunub ki, bu məqsədlə 02.10.2024-cü il saat 11:00-dan işlər yekunlaşanadək “Şəhər-4” orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.