Xocalı rayonunun Ballıca kəndinə dekabrın 13-də ilk köç olacaq.
Busaat.az xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndə yola salınacaq.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.