Azərbaycan Premyer Liqasının 12-ci turu daha çox hakim qalmaqalları ilə yadda qaldı.
Busaat.az xəbər verir ki, turun açılış matçı olan “Səbail” – “Turan Tovuz” (2:1) qarşılaşmasında referi Kamranbəy Rəhimovun qalmaqallı qərarlarının ardı digər oyunlarda da gəldi.
Turun bağlanış matçı isə hakim səhvlərinin pik nöqtəsi idi. “Sabah” və “Zirə” arasındaqonaqların qələbəsi ilə yükunlaşan qarşılaşmada baş hakim Tural Qurbanov bir neçə epizodda açıq-aşkar qırmızı vərəqə olmasına baxmayaraq fərqli qərar qəbul etdi.Qafqazinfo
Həmin epizodları təqdim edirik: