Sabiq millət vəkilindən şok addım: Vətəndaşlar aldadılıb, sakinlər intihara hazırlaşır

image-indirbackend

Mənzil sahibi olmaq hər bir insanın arzusudur. Öz evin olsun, kirayələrdən canın qurtarsın. Deyirlər kirayə evlərdə həyatlar da kirayədir. Ay necə keçirsə, kirayə mənzildəki ömür də elə keçir. Necə keçdiyini bilmirsən. Bu səbəbdən də hər kəs çalışır ki, bir evi olsun. İllərlə pul yığır, böyük kredit yükünün altına girir. Borca düşür, sıxıntıda boğulur, təki bir evi olsun. Bəzən bu arzusuna çatır. Bəzən isə, tam arzuma çatdım dediyi yerdə aldadıldığını başa düşür. Xəbər tutur ki, illərlə arzusunda olduğu evin bir neçə sahibi var, görür ki, illərlə kreditini ödədiyi mənzil 3-4 nəfərə satılıb. Sonrakı ömrü isə, məhkəmələrdə mübarizə ilə keçir vətəndaşın. Ən yaxşı halda, MTK sahibi həbs olunur. Vətəndaş isə, illərlə arzusunda olduğu mənzili itirdiyini başa düşür. Bu gün ölkədə vətəndaşları aldadan onları zorla evindən çıxaran çoxsaylı şirkətlər var. Bəzi şirkətlər isə daha da irəli gedərək evini tərk etmək istəməyən vətəndaşa zor tətbiq edir onları güc yolu ilə mənzilindən çıxarır və yaxud vətəndaşın əmlakı qanunsuz olaraq dağıdılır. Biz hüquqi dövlətdə yaşayırıq. Heç kim qanunun aliliyindən sui- istifadə edə bilməz. Amma edirlər. Redaksiyamıza müraciət edən Nəsimi rayonu Rəsul Rza küçəsində yaşayan Aslanova Narxanım Şami qızı iddia edir ki, sabiq millət vəkili Əsabil Qasımov və onun qardaşları onlara məxsus əmlakı qanunsuz müqavilə əsasında söküblər. 37 ilin müəlliməsi olan Aslanova Narxanım Şami qızı bildirir ki,  “Malibo MMC”şirkətinin rəhbəri keçmiş millət vəkili olan Əsabil  Qasımov və qardaşları R. Rza küçəsinin sakinlərinə divan tuturlar. 5 ildir sökülən və yerində mənzil veriləcəyi iddia edilən bina təhvil verilmir.
“Bizimlə 24 aya baglanmış müqavilə var. Bu müqaviləyə görə evlərimiz 24 aya təhvil verilməli idi. Ancaq artıq 5 ildir tikinti davam edir. Bu tikintiyə 18.06 2018-ci ildən başlayıblar. Amma maraqlıdır ki, onlar bu tikintini sona çatdırmaqda maraqlı deyillər.  Demək olar ki, nə istiyirlər onuda edirlər. Prezidentimiz axı dəfələrlə vurgulayır ki,insanları narazı salmayın və onları incitməyin. Bunlar isə isanların hüququnu pozur, onların hissi ilə oynayıb, intihara cəhd etməyə məcbur edirlər. Hər iki tərəfin imzası ilə baglanmış müqavilədə mənzillərin sahəsi azaldılır və  kənar şəxslərə satırlar. Çox xahiş edirəm yuxarı qurumlardan bu cür özbaşınalıgın qarşısı alınsın və insanların pozulmuş hüququ bərpa olunsun. Xahiş edirəm mənim səsimə səs verib, bu Əsabil  Qasımov və Vüqar qardaşlarının əməllərinə görə ciddi cəzalandırılsın. Şirkətə yeni təyin olunmuş öz adamları olan Namiq insanlarla çox kobud davranaraq “hara gedirsiniz gedin biz  heç kimnən qorxmuruq” deyir. Onlar Azərbaycan qanunları saymır, bizi ələ salırlar. Mənimlə  baglanılan müqavilə əsasında mənə verilməli olan 70 kv.m mənzil sahəsinin yalnız 51 kv.m hal hazırda qalıb, çüki böyük kvadratlı evlər başqalarına satılıb .Bu günə qədər müqavilədə göstərilən kompensasiya mənə ödənilməyib. Bizimlə  müqavilə bağlayan Nicat adlı şəxs işdən çıxarıldı və   onun yerinə Namiq adlı şəxs təyin edildi.  Namiq bizimlə təhdidlə danışıq və buna görə məni intihar həddinə çatdırdı.  İyulun 5-də  saat 15.00 radələrində mən şirkətin ofisində olduş Məni təhdid etdilər və mən intihara cəhd edərək damarlarımız doğradım.Mənə yardım edin. Əgər mənim hüquqlarım pozulması davam etsə mən intihar edəcəyəm. Mən bütün  aidiyyatı qurumlardan kömək istiyirəm…. Mən Prezidentimiz İlham Əliyevdən kömək istiyirəm….. Bu mənim son xahişimdir. Mənə yardım etməsələr intihar edəcəyəm.” -deyə vətəndaş üsyan edib.

image-11 image-22 image-33

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki