Sahibsiz küçə itləri Şirvan İH ərazisində niyə toplanır? – FOTO/VİDEO

image-ihbackend

Son vaxtlar istər paytaxt istərsə də digər şəhərlərin küçələrində sahibsiz itlərin çoxalması insanları xüsusən valideynləri narahat edir. Yeni dərs ilinin başlaması ilə valideynlərin bu narahatlığı birə-beş artıb. Onlar övladlarını rahat məktəbə göndərməkdə narahatlıq keçirirlər.

Busaat.az xəbər verir ki, bu şəhərlərdən biri də Şirvan şəhəridir ki, mərkəzi küçələrdə sürü ilə toplanan sahibsiz küçə itləri insanların hərəkətini məhdudlaşdırır və bəzən hücum edirlər. Nəzərinizə çatdıraq ki, sahibsiz küçə itləri daha çox şəhərin mərkəzi yəni Şirvan şəhər İcra Hakimiyyətinin binasının və Ulu öndər Heydər Əliyevin abidəsinin bir addımlığındadır.

Başqa bir təhlükə isə sahibsiz küçə itlərinin yoluxucu xəstəlik daşıma riskidir. Bu da şəhər sakinlərini ciddi mənada narahat edir. Nazirlər Kabinetinin qərarına əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli İcra Hakimiyyəti orqanları həyata keçirməlidir. Bəlkə də elə buna görə küçə itləri şəhərin mərkəzində xüsusən İcra Hakimiyyətinin binasının ətrafında daha çox toplaşırlar ki,aidiyyəti orqanlar öz məsuliyyətlərini dərk etsinlər. Küçə itlərinin şəhər mərkəzində bu cür toplanaraq insanları narahat etməsi İcra Hakimiyyətinin səriştəsizliyindən və vəzifəsini düzgün görmədiyindən xəbər verir.

Həmçinin nəzərə alsaq ki, sahibsiz itlər zibil qutularının ətrafında daha çox toplaşırlar, bu zaman o nəticəyə gəlmək olar ki, zibil konteynerləri doğru yerlərə yerləşdirilmir və vaxtında təmizlənmir. Buna görə də günün istənilən saatlarında zibil qutularının yanında müxtəlif heyvanlar eləcə də sahibsiz itləri görmək olur. Bəzi idarələr həll yolunu onlar üçün rahat ancaq amansız şəkildə yəni küçə itlərini sifarişlə müəyyən məbləğ qarşılığında öldürməkdə görür. Belə hallar tədricən azalsa da xüsusən rayonlarda və digər şəhərlərimizdə rast gəlmək olur. Ancaq küçə heyvanlarının soyqırımı həll yolu deyil.

Dünya praktikasına baxdıqda isə ən doğru həll sahibsiz itlərin onlara zərər verilmədən aşkarlanaraq müayinə və peyvənd olunması, sayını nəzarətə almaq üçün cərrahi qısırlaşdırılması, ehtiyac yarandıqda onların xüsusi sığınacaqlarda yerləşdirilməsidir. Peyvənd olunan itlərin digərlərindən fərqlənməsi üçün qulaqlarına “birka” (qeydə alınmış) bağlanmalıdır.Digər ölkələrdə o cümlədən qardaş ölkədə bu məsələyə bələdiyyələr tərəfindən ciddi nəzarət olunur. Qardaş ölkədə küçələrdə yaşayan və ya sahibləri tərəfindən atılmış heyvanlar üçün sığınacaqlar var. Həmçinin burada bələdiyyələr tərəfindən küçənin müxtəlif yerlərinə sahibsiz heyvanlar üçün yemək və su qabları qoyulur.Bütün bunların həyata keçirilməsi və yaxud sahibsiz heyvanlar üçün sığınacaqların yaradılması ölkəmizdə İcra Hakimiyyəti üçün elə də çətin olmamalıdır. Ümid edirik Şirvan şəhər İcra Hakimiyyəti məsələni düzgün şəkildə qiymətləndirərək həll edəcəkdir.

Qeyd: Xatırladaq ki, məsələ bir çox media orqanlarında işıqlandırılsa da şəhər İcra Hakimiyyəti bununla bağlı hələ də tədbir görməyib.Məsələ diqqətimizdədir

Nərmin Kərim

Ətraflı təqdim etdiyimiz foto və videoda:

image-4 image-1 image-2 image-3

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90