Şahin Seyidzadə seçicilərlə növbəti onlayn görüş keçirib

Şahin Seyidzadə seçicilərlə növbəti onlayn görüş keçiribbackend
Milli Məclisin deputatı Şahin Seyidzadənin 50 saylı Abşeron-Qobustan seçki dairəsində yaşayan seçicilərlə növbəti onlayn qəbulu baş tutub.
“Yeni Gündəm” xəbər verir ki, deputat 50 saylı Abşeron-Qobustan seçki dairəsindən müvafiq olaraq Abşeron rayonu üzrə Saray, Qobu qəsəbələri, Qobustan rayonu üzrə isə Sündü, Sədəf, Cəyirli və Cəmcəmli kəndlərindən olan 9 sakinlə əlaqə saxlayaraq müraciətlərini dinləyib.
Onlayn formada keçirilən qəbullarda müraciətlərin əsas istiqamətləri sosial müavinət, məşğulluq, hüquq və Qobustan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşlarının şikayətləri olmuşdur.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90