Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft99.95 $▼0.38%
  • WTI neft91.68 $▼0.39%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.996 $▲0.44%
  • Qızıl4 054 $▲0.12%
  • Gümüş51.45 $▲0.07%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda596.00 ¢▲0.21%
  • Bitcoin75 599 $▼0.48%
  • Ethereum2 227 $▼0.37%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
İdman

Şahmat Olimpiadası: Millilərimiz Litva və Vyetnamı sınağa çəkəcək

image-e206da38-14c4-3a3c-bc09-4e53e843bab7_850-1-jpg-1726465026
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşlərini keçirəcək.

Busaat.az xəbər verir ki, kişilərdən ibarət yığma Litva ilə qarşılaşacaq.

Qadınlardan ibarət milli isə Vyetnam ilə üz-üzə gələcək.

Qeyd edək ki, kişilərdən ibarət yığma buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib, Hindistana uduzub – 1:3. Hesabında 8 xal olan komanda 9-cu pillədə qərarlaşıb.

Qadınlardan ibarət komanda isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib – 2:2. Milli 8 xalla 11-ci pillədə yer alıb.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=147950