Salyanda kənd təsərrüfatına ziyan: ot bağlamaları yanıb

image-siaphoto_547382backend

Salyanın Yenikənd kəndində ot tayası yanıb.

Busaat.az APA.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2000-dən çox ot bağlaması yanıb, yardımçı tikiliyə ziyan dəyib.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki