Şamaxıda qəza anı: İki maşın toqquşdu, yaralananlar var

image-683f418555bba683f418555bbb1748976005683f418555bb8683f418555bb9backend

Şamaxıda avtomobil qəzası baş verib.

Busaat.az APA.az-a istinadən xəbər verir ki, bu gün saat 21 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində “Renault” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə “Renault”un sürücüsü, 42 yaşlı Samir Bağırov, “VAZ-2107”nin sürücüsü Babalar Nəbiyev, eləcə də sərnişinlər; 31 yaşlı Sarvan Həmidov, 66 yaşlı Aydın İsrafilov və 41 yaşlı Elvin Nəbiyev xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki