
Sammitdə bir sıra məsələlərdə razılıq əldə olunmayıb - Putin
Sammit nəticəsində bəzi mövzularda razılıq əldə olunmayıb.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra mətbuatın suallarını cavablandırıb.
“Məncə, mətbuatın və ictimaiyyətin razılaşdırıla bilməyən mövzulara diqqət yetirməsinə ehtiyac yoxdur. Bu, hər iki tərəf üçün həssas məsələlərdir və tərəfdaşlarımızın razılığı olmadan bu məsələləri işıqlandırmaq doğru deyil” – deyə, Putin Soçidə keçirilən üçtərəfli sammit nəticəsində bəzi mövzularda razılığın əldə olunmadığına diqqət çəkib.
Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişindən danışmağın tez olduğunu bildirən Putin qeyd edib: “İki ölkə arasında sərhədlərin müəyyən edilməsi ən mühüm məsələdir. Sammitdən sonra açıqlanan bəyanatda ilkin razılaşmalar olmasa da, hələlik bu razılaşmalar və bu razılaşmaların əldə olunması üçün ilkin şərtlər var”.
Busaat.az























