“Samur” gömrük postunda dəhşətli qəza – Türkiyəli sürücü öldü

image-1661328670_1540970260_15409669484870917749_1000x669-927x530backend

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda ölümlə nəticələnən yol qəzası baş verib.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 16:00 radələrində qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü Elmir Salahov DSX-yə məxsus olan xidməti “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən Bakı-Quba yolunun 201-ci kilometrliyində Rusiyadan Azərbaycana keçən TIR, gömrük terminalında türkiyəli sürücünü vurub. Nəticədə 1974-cü il təvəllüdlü İsmayıl Şahin yük maşınının altında qalaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90