Şanlı tariximizə yazılan “Dəmir yumruq” əməliyyatı…

image-foto3backend

“2020-ci il iyul ayında Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum etdi. Azərbaycan Ordusu tərəfindən düşmən qoşunu cavab atəşi ilə susduruldu və döyüşlər başlandı. Döyüşlər zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev daxil olmaqla, 12 igid hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı.

2020-ci il 27 sentyabrda Ermənistanın ölkəmizə növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi başlandı. 28 sentyabr 2020-ci ildə Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamı ilə ölkə ərazisində qismən səfərbərlik elan edildi və ehtiyatda olan  hərbi qulluqçular, həmçinin könüllü ordu sıralarına yazılmış  vətənpərvər gənclər döyüşə cəlb olundu.

Prezident İlham Əliyev hər zaman  ordumuzun hərbi təchizatına xüsusui diqqət göstərmiş və onu yüksək səviyyəyə çatdırmağa səy göstərmişdir. Hazırkı güclü ordu buna sübutdur. Rəşadətli ordumuzun tərkibində döyüşən mərd gənclərimiz düşmənə amansız zərbələr endirirdi. Bu, ordumuzun gücünü bir daha dünyaya göstərdi və artıq hər kəs anlasın ki, Azərbaycan Ordusu yenilməz, Azərbaycan xalqı qorxmazdır!

44 günlük şanlı Vətən müharibəsi nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu bəyanat nəticəsində Kəlbəcər, Ağdam və Laçın da Azərbaycana qaytarıldı.

44 gün ərzində xalqımız birlik nümayiş etdirmişdir. Bir olan xalqı heç kim və heç nə yıxa bilməz. “Dəmir Yumruq” əməliyyatı bir daha onu sübut etdi ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpağıdır”.

 

Nənəxanım Məmişova | Bakı Qızlar Universiteti

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki