“Səbail” yeni transferini açıqladı

image-193789_002sl9yuhibackend

“Səbail” bu qış ilk transferini reallaşdırıb.

Busaat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı cinah yarımmüdafiəçisi Madi Quetanı heyətinə qatıb.

Klub onunla 1,5 illik müqavilə imzalayıb.

Queta son olaraq Portuqaliyanın 2-cidivizion təmsilçisi “Mafra”da çıxış edib. O, “Portu”nun yetirməsidir və karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının da formasını geyinib.

Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin Qvineya-Bissau yığmasının üzvüdür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki