Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft94.01 $▲2.98%
  • WTI neft87.01 $▲2.04%
  • Avropa qazı (TTF)91.12 €▲4.47%
  • Təbii qaz (ABŞ)3.309 $▲1.25%
  • Qızıl3 863 $▼2.96%
  • Gümüş49.76 $▼3.25%
  • Pambıq78.54 ¢▼4.62%
  • Buğda594.25 ¢▼1.21%
  • Bitcoin71 356 $▼3.48%
  • Ethereum2 000 $▼2.64%
  • S&P 5007 591▼0.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
İqtisadiyyat

“Sədərək” indiyədək icarə haqqı ödəməyib? - Dövlət Komitəsi məhkəməyə verdi

image-sederek
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Əmlak Məsələləri Dövlət Xidməti “Sədərək” Ticarət Mərkəzindən icarə müqaviləsi bağlanılmasını tələb edir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qurum iddia edir ki, Ticarət Mərkəzi dövlətə məxsus torpaq ərazisində fəaliyyət göstərməsinə baxmayaraq, bu müddət ərzində Komitəyə icarə pulu ödənilməyib.

ƏMDX artıq “Sədərək” barəsində məhkəmə iddiası da qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. İşə hakim İlham Əhmədovun sədrliyi ilə baxılır.

Mübahisə ilə bağlı maraqlı məqamlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə maraqlı şəxs qismində cəlb olunmasıdır. Belə ki, “Sədərək” firması bu günə qədər BŞİH-in sərəncamı əsasında fəaliyyət göstərirmiş.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur. Ərazisi 30 hektardan çox olan ticarət mərkəzinin rəhbəri tanınmış iş adamı Yunis Qədimbəylidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82527