Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.68 $▲1.02%
  • WTI neft89.08 $▲0.78%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.296 $▼1.46%
  • Qızıl3 895 $▼0.59%
  • Gümüş49.82 $▼0.87%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda592.25 ¢▲0.25%
  • Bitcoin68 976 $▼3.36%
  • Ethereum1 934 $▼4.11%
  • S&P 5007 592▼0.33%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Sədərək" Ticarət Mərkəzi məhkəməyə verildi (SƏBƏB)

image-21a28b39ef3fcc99412a63a08977335a1528353496sedereko-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Sədərək” Ticarət Mərkəzi barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, ticarət mərkəzi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsilə ittiham olunur.

Bu maddədə qeyd edilir ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İş Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatındadır.

“Sədərək” Ticarət Mərkəzi 22 noyabr 1995-ci ildə “Sədərək” Firması kimi qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 AZN olan firmanın qanuni təmsilçisi Qədimçəyli Yunis Qafar oğludur.

Yunis Qədimbəyli “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşıdır.

 

Mediada Yusif Qədimbəyli haqqında kifayət qədər material yer alıb. Onun adı gah keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla, gah da Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə yanaşı çəkilib.

2019-cu ildə Yusif Qədimbəylinin bir il ərzində ölkədən 1.5 milyon dollar pul çıxardığı barədə məlumat yayılmışdı. Həmin məlumatı yayan jurnalist Cavanşir Həsənli yazırdı:

“Yusif Qədimbəyli bir il ərzində ölkədən 1.5 milyon dollardan çox vəsait çıxarıb. “Sədərək”də ticarətlə məşğul olan iş adamlarından (hərçənd ki, onların işləri devalvasiyadan bəri yaxşı getmir, bir çoxları yetərincə borclanıblar və faktiki olaraq bizneslərinin girovuna çevriliblər) zor-xoş yığılan pullar Çexiyaya axır.

Yusif Qədimbəylinin bu ölkədə çiçəklənən biznesi var, özünə şirkət açıb, vəsaitləri daha etibarlı ünvana yönəldib. Düzdür, “Sədərək”in sahibi Çexiyadakı şirkətini – GADYUS s.r.o.-nu 2007-ci ilin 15 noyabrında təsis edib (qeydiyyat şəhadətnaməsi: C 23999). Amma şirkət faktiki olaraq 2016-ci ilə qədər fəaliyyətsiz olub və heç bir maliyyə əməliyyatı aparılmayıb. Lakin 2016-cı ilin sonunda birdən-birə şirkətin 35 milyon 743 min kronluq aktivləri ortaya çıxır.

Sonrakı illərdə də Çexiyaya pul çıxarılması davam edib və Qədimbəyli bu ölkədə xeyli sayda daşınmaz əmlak, mülk əldə edib. Nizamnamədə də göstərilir ki, şirkət daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, icarəyə verilməsi ilə məşğuldur. Şirkətin hüquqi ünvanı: Mariánské Lázně, Mladějovského 89/5

Qeydiyyat sənədlərində qeyd olunur ki, 1951-ci il təvəllüdlü Qədimbəyli Yusif Bakı şəhəri Azadlıq prospektində 5 ünvanda (18/35/36/39/41) qeydiyyatdadır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84075