Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində bu gün final mərhələsinin və 3-cü yer uğrunda ilk görüşlər keçiriləcək.
Busaat.az xəbər verir ki, yarımfinalın tay-brekində ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.