Məzmuna keç
  • Brent neft111.67 $▲0.75%
  • WTI neft102.79 $▲1.43%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.064 $▲0.00%
  • Qızıl4 054 $▼0.06%
  • Gümüş53.65 $▼0.85%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.25 ¢▼1.84%
  • Bitcoin80 647 $▼0.19%
  • Ethereum2 341 $▼0.26%
  • S&P 5007 735▲0.16%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Hadisə

Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alan var

image-avtoqeza
Avtoqəza
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərinin İnçə kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Busaat.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119439