“Şəkil çəkdirəndə də məsafə saxlayaq”

“Şəkil çəkdirəndə də məsafə saxlayaq”backend

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu pandemiya elan olunan koronavirusla mübarizəylə bağlı foto paylaşıb.

Busaat.az-ın verdiyi xəbərə görə, N. Qaraçuxurlu ATV telekanalının efirində aparıcı və digər qonaqlarla şəkil çəkdirərək özünün instaqram hesabında paylaşıb. Meyxanaçı bu zaman “şəkil çəkdirərkən də məsafə saxlayaq”, – deyə qeyd edib.

Bununla da virusun yayılmasının qarşısını almaq üçün ünsiyyət zamanı məsafə saxlamağın zəruri olduğunu təbliğ edib.

Qeyd edək ki, rəsmi qurumlar tərəfindən virusdan qorunmaq üçün vətəndaşlara bir-birindən ən azı 2 metr aralı gəzmək, dayanmaq tövsiyə edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki