Selin Dion yenidən səhnəyə qayıtdı – VİDEO

image-mycollages__6_-1-jpg-1722063119backend
image-ad_qayo_720x110px

Uzun müddətdir xəstəliyi səbəbindən səhnədən uzaqlaşan məşhur kanadalı müğənni Selin Dion Parisdə Olimpiya Oyunlarının açılış mərasimində çıxış edib.

Busaat.az “Olympics.com”a istinadən xəbər verir ki, bu, sənətçinin ona sağalmaz əzələ xəstəliyi diaqnozu qoyulmasından sonra səhnədə ilk çıxışı olub.

56 yaşlı Selin Dion tədbir zamanı əfsanəvi fransalı müğənni Edit Piafın “L’hymne à l’amour” mahnısını ifa edib.

Xatırladaq ki, S.Dion 2022-ci ilin dekabrında sosial şəbəkələr vasitəsilə öz xəstəliyi barədə məlumat verib və 2023-cü ilin mayında müalicə almaq üçün dünya turunu ləğv edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki