Şəmkir rayonunda 3 nəfər çayda boğulub.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hadisə Şəmkirçayın Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Çayda batan şəxslər 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğludur. Onlar rayonun Qədimqala kəndində qeydiyyatdadırlar.