“Separatçı rejim Azərbaycanla Ermənistan arasında sülh əldə olunandan sonra və bu razılaşmada Qarabağ məsələsi ilə bağlı bir cümlə belə keçməyəcəyi halda Qarabağdakı ermənilərin Bakıya tabe olmaqdan başqa bir yolunun qalmayacağını anlayır”.
Bunu Ermənistanla Azərbaycan arasında sülh razılaşması əldə olunduqdan sonra separatçı rejimin taleyindən danışan politoloq Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Ermənistanla-Azərbaycan arasında gedən sülh danışıqlarında Qarabağ məsələsi müzakirə predmeti ola bilməz:
“Çünki Qarabağ Azərbaycanın daxili işidir. Böyük ehtimal Vaşinqtonda keçirilən son danışıqlarda Ermənistana bu barədə artıq son xəbərdarlıq edilib. Qarabağdakı separatçı rejim proseslərin onların xeyrinə olmadığını dərk etdiyindən müxtəlif bəyənatlar verərək özünü başqa dairələrlə əlaqələndirməyə çalışır”.
“Separatçı rejim Azərbaycanla Ermənistan arasında sülh əldə olunandan sonra və bu razılaşmada Qarabağ məsələsi ilə bağlı bir cümlə belə keçməyəcəyi halda Qarabağdakı ermənilərin Bakıya tabe olmaqdan başqa bir yolunun qalmayacağını anlayır. Separatçı rejim özünə yeni havadarlar axtarmağa çalışsa da son çabalarıdır. Qarabağ məsələsi ilə bağlı Azərbaycanın çox prinsipial mövqeyi var. Qarabağda yaşayan erməniəsilli əhali ya Azərbaycan qanunlarına tabe olub reinteqrasiya prosesinə getməli olacaq – necə ki, dünyanın bir çox ölkələrində yaşayan ermənilər bunu edir, ya da bölgəni tərk etməlidir”, – politoloq qeyd edib.
Ələsgər / Busaat.az