Seperatçıların hiyləsi boşa çıxdı – Ordumuzdan sürpriz Əks-Hücum

image-a0dc2c25-07cd-489c-9327-3295d2c9d9cbbackend

“Azərbaycan ordusu və xüsusi xidmət orqanlarının Qarabağda keçirdiyi antiterror əməliyyatından artıq bir il ötür. Bu prosesdə şəhidlərimiz oldu, Allah onlara rəhmət etsin. Amma əsas odur ki, Azərbaycan öz suverenliyini bərpa etdi”.

Bunu News24.az-a bir il öncə Azərbaycan ordusunun Qarabağda uğurlu antiterror əməliyyatına başlaması və bu əməliyyat nəticəsində öz ərazi bütövlüyünü bərpa etmək yolunda mühüm nailiyyətlər əldə etməsi barədə danışarkən Milli Məclisin VI çağırış deputatı Arzu Nağıyev deyib. O, qeyd edib ki, bu əməliyyatın əsas uğuru Azərbaycanın öz suverenliyini tam bərpa etməsi və beynəlxalq arenada güclü bir mövqe tutması oldu:

“Azərbaycan ordusu bu antiterror əməliyyatı sayəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi və ərazimizdə yuva qurmuş terror təşkilatını birdəfəlik azərbaycandan qovdu. Məsələ burasındadır ki, antiterror əməliyyatları əsasən, bir terror təşkilatına qarşı və ya bir neçə şəxsin törədə biləcəyi terrorun qarşısını almaq məqsədi ilə həyata keçirilir. Lakin Azərbaycanın keçirdiyi son antiterror əməliyyatında çox ciddi hazırlanmış müxtəlif terror düşərgələrində təlim keçmiş bir terror dəstəsinə, hansi ki, dövlət qurmaq arzusu ilə yaşayırdılar. Həmin bu qruplaşmanı ordumuz zərərsizləşdirdi”.

Deputat qeyd edib ki, Azərbaytcan bütün müahribə qanunlarına uyğun olaraq sivil şəkildə seperatçıları məhv edərək silah-sursatı ələ keçirdi. Onun sözlərinə görə, nəticə olaraq 30 ildən artıq Azərbaycan xalqına qarşı törətdiyi əməllərə görə, o seperatçı qüvvələrin rəhbərlərinin həbsi və Bakıya gətirilməsi bir kulminasiya nöqtəsi idi: Bu antiterror əməliyyatı zamanı heç bir beynəlxalq hüquq normaları pozulmadı. Ali Baş Komandanın da dəfələrlə qeyd etdiyi kimi BMT-nin vaxtilə qəbul etdiyi 4 qətnaməni heç kim yerinə yetirmirdi, amma Azərbaycan ordusu bunu tam şəffaf şəkildə yerinə yetirdİ”.

Arzu Nağıyev əlavə edib ki, bütün beynəlxalq təşkilatlar bu antiterror əməliyyatının taktikası, eyni zamanda aparılma qaydası barədə öz nəticələrini çıxardı və irad tutmaqdan vaz keçdilər. Biz dünyaya göstərdik ki, bizim heç bir dövlətinərazisində gözümüz yoxdur və sadəcə ərazilərimizi bərpa etməyə çalışırıq. Azərbaycan öz ərazilərini və suverenliyini bərpa etdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki