Sərhəddə növbəti qarşıdurma – Azərbaycan hərbçiləri ermənilərlə əlbəyaxa oldu, çox sayda yaralı var

image-serhedbackend

Ermənistan-Azərbaycan sərhədində növbəti insident baş verib.

Busaat.az tert.am-a istinadən xəbər verir ki, hərbçilər arasında toqquşma Geqarkunik bölgəsində qeydə alınıb.

Erməni mənbələrinin verdiyi məlumata görə, əlbəyaxa dava zamanı Ermənistan ordusunun bir neçə hərbçisi xəsarətlər alıb. İnsident zamanı odlu silahdan istifadə edilməyib.

Ermənistan Müdafiə Nazirliyi insident ilə bağlı açıqlama verib. Nazirlik  yüksək komandanlıq tərəfindən davanın qarşısının alındığını bildirib.

Əlavə edək ki, Geqarkunik rayonu Tovuz və Gədəbəy ilə həmsərhəddir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90