Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.33 $▼1.03%
  • WTI neft90.28 $▼1.13%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.022 $▼0.03%
  • Qızıl4 105 $▼0.69%
  • Gümüş52.49 $▼1.18%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 187 $▼0.72%
  • Ethereum2 106 $▼0.91%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Sərhədi pozanlar zərərsizləşdirildi, general hadisə yerinə getdi – Fotolar

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Martın 19-da  22:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

Busaat.az xəbər verir ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb . Sərhəd naryadı tərəfindən “Dayan” əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açıl­ıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub ­və hər 2 sərhəd pozucusu zərərsizləşdirilib. Sərhəd pozucu­larının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı ta­pança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunub.

Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitə­lər aşkar olunub.

Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Nicat Sabir oğlu ve 2-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şübhəli şəxs qismində saxlanılıblar.

İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd po­zucularının İİR vətəndaşları olmaları müəyyən edilib.

Martın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev həmin sərhəd zastavasında olaraq hadisə yerinə baxış ke­çirib, dövlət sərhədinin mühafizəsinin təşkili üzrə əlavə tapşırıqlar verib, silahlı sərhəd pozu­cularının zərərsizləşdiril­mə­sində və narkotik qaçaqmalçılığının qarşısı­nın alınmasında fərqlənmiş hərbi qulluqçuları təltif edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6197