Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.54 $▼1.82%
  • WTI neft86.89 $▼1.64%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.141 $▼0.54%
  • Qızıl3 889 $▲0.49%
  • Gümüş47.23 $▼0.20%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda587.50 ¢▲0.13%
  • Bitcoin64 813 $▼0.77%
  • Ethereum1 824 $▼0.57%
  • S&P 5007 474▼1.15%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Dünya

“Sərhədlərin bağlanması virusun qarşısını almır” – Stella Kiriakides

image-stella656
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Koronavirusla mübarizədə sərhədlərin bağlanması peyvənd kimi təsirli deyil”.

Busaat.az xəbər verir ki, bu barədə səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakides “Augsburger Allgemeine” qəzetində dərc olunmuş müsahibəsində bildirib.

“Koronavirus mutasiyalarından qorxu başa düşüləndir. Amma həqiqət ondadır ki, sərhədlər virusun qarşısını almır. Yalnız peyvənd və gigiyena qaydalarına riayət mutasiyalara qarşı kömək edə bilər. Hesab edirəm ki, 2020-ci ilin mart ayında Avropada sərhədlərin bağlandığı vəziyyətə qayıtmaq yanlışdır”, – o deyib.

Kiriakides, həmçinin bildirib ki, əgər artıq Aİ-də sertifikat almış peyvənd istehsalçısı yeni mutasiyalarla mübarizə aparmaq üçün öz məhsulunu təkmilləşdirmək istəsə, o, bütün sertifikatlaşdırma prosesini yenidən keçməməlidir. “Yəni uyğun vaksinləri daha tez əldə etmək və eyni zamanda təhlükəsizlik tələblərini azaltmamaq mümkün olacaq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Almaniya bu həftə Çexiya və Avstriya sərhədində gücləndirilmiş nəzarət tətbiq edib. AFR hakimiyyəti koronavirus mutasiyalarının yayılmasından qorxur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=35538