Sərhədlərin bağlı qalmasının büdcəyə xeyri çoxdur – Baş bankir

image-1698922222_1662189615_1656354636_1656347912_1034361backend

Sərhədlərin bağlı qalmasının dövlət büdcəsinə, turizm sektoruna xeyirləri çox olub.

Busaat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Bununla belə, Taleh Kazımov qeyd edib ki, bunun dəqiq statistikası onlarda yoxdur: “Amma bununla bağlı təhlil aparmaq qərarına gəldik”.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə deyib ki, ümumilikdə proqnoz nöqteyi-nəzərindən sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.

Qeyd edək ki, iclasda bu gün keçirilən iclasda deputat Qüdrət Həsənquliyev sərhədlərin bağlı qalmasına toxunub. O qeyd edib ki, sərhəd bölgəsinin insanları Azərbaycan dövlətinə inteqrasiya olunmağa başlayıb, sərhəd açıq olanda sərhəd ölkələrinə gedirdilər. “Amma sərhədlərin bağlı qalmasından sonra belə hesablama aparılıbmı ki, nə itirmişik, nə qazanmışıq?! Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik ki?! Sərhədlər açılandan sonra bizim itirdiklərimiz nə olacaq? Sərhədlər bağlı qalanda bizim büdcədə nə qədər qazanc əldə edilib?”, – o bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90