Şərqşünas-alim Aida İmanquliyevanın doğum günüdür

image-aida-imanquliyevabackend

Busaat.az xəbər verir ki, bu gün Aida İmanquliyevanın doğum günüdür.

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva dünya miqyasında nüfuzlu alimlərimizdən biri olub. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa bir vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib.

Aida əziz xatirəsini hörmətlə anır, Uca Tanrıdan Aida xanıma rəhmət diləyirik!

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki