“Səttarın Azərbaycanı” filminin təqdimatı keçirilib

image-media-1-csgeol1fnw8pmy94v0x3backend

Bu gün Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Səttar Bəhlulzadəyə həsr olunan “Səttarın Azərbaycanı” sənədli filminin təqdimatı keçirildi.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Made in Baku Production”-nın birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn bu sənədli film görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunub.

Filmin ssenari müəllifləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, aparıcı, ssenarist, rejissor Rafiq Həşimov və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğludur.

Bundan əlavə, filmin təqdimatında bir çox görkəmli şəxs iştirak edib.

Qeyd edək ki, bu gün, 15 dekabr Səttar Bəhlulzadənin anadan olduğu gündür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki