Səudiyyə Ərəbistanı dialoq tərəfdaşı kimi ŞƏT-ə qoşulur

image-seudiyye_xinbackend

Səudiyyə Ərəbistanı Nazirlər Kabinetinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq qərarının təsdiqləndiyi bildirilir.

Busaat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA Səudiyyə Ərəbistanına Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq tərəfdaşı statusunun verilməsinə dair memorandumun təsdiqləndiyini açıqlayıb.

Mənbələrin Reuters agentliyinə verdiyi məlumata görə, ŞƏT-ə üzvlük məsələsi Çin sədri Si Tsipinin ötən ilin dekabrında Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə olunub.

Bildirilib ki, dialoq üzrə tərəfdaş statusu krallığa ortamüddətli perspektivdə tam üzv qəbul edilməzdən əvvəl təşkilat daxilində ilk addım olacaq.

Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən yaradılmış beynəlxalq təşkilatdır.

2001-ci ildə Özbəkistanın iştirakı ilə üzvlərin sayı 6-ya yüksəlib. 9 iyun 2017-ci ildə Astanada keçirilən sammitdə Hindistan və Pakistanın iştirakı ilə üzvlərin sayı 8-ə yüksəlib.

17 sentyabr 2021-ci il tarixində müşahidəçi statusuna malik olan İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilməsi ilə üzvlərin sayı 9 olub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90