“Şimal axını – 2” marşrutu açıla bilər

image-media-61cc7bc5d2da961cc7bc5d2daa164079098161cc7bc5d2da761cc7bc5d2da8-81e7ck-1200x630-jpgbackend

Ukrayna və Polşa ofsaytda qalacaq

Hazırda enerji sahəsində bütün tərəflər öz kartlarını oynayır. Rusiya əvvəldən düşünülmüş başqa kombinasiyanı işə salıb. Vəziyyət aşagıdakı kimidir.

Rusiya qazının Avropaya nəqlinin əsas marşrutları bunlardır:

1) “Şimal axını” – Baltik dənizi vasitəsilə Almaniyaya, daha sonra digər ölkələrə paylanır.

Eyni marşrut üzrə – “Şimal axını – 2” tamamlanıb və istismara hazırdır. Lakin Almaniya hakimiyyəti qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırıb. Amma payızda almanlar bunu açmağa məcbur olacaq. Səbəbin aşagıda izah edəcəm;

 

2) Rusiya qazı “Ukrayna dəhlizi” vasitəsilə əsasən Slovakiyaya, sonra Çexiya və Avstriyaya, daha sonra digər Avropa dövlətlərinə nəql olunur. Lakin 2 gün əvvəl Ukrayna tərəfi kəmərin birindən nəqli dayandırdı, Rusiya isə digər kəmərlə defisiti aradan qaldırmaqdan imtina etdi;

 

3) Belarus dəhlizi (Yamal-Avropa boru xəttindən Polşa və Almaniyaya qaz nəqli) – Polşa Rusiya qazından imtina etdiyi üçün eyni həcmdə qazı Almaniya vasitəsilə alırdı. Yəni bu dəfə kəmərdə axın tərsinə – Almaniyadan Polşaya axırdı. Rusiya sanksiyaları Qazproma Polşanın xəttindən istifadə etməyi qadağan edir. Bunula da bu xətt də öz əhəmiyyətini itirmiş olur;

 

4) Qara dəniz üzərindən “Türkiyə Dəhlizi” – bu xətt vasitəsilə nəql olunan qaz Türkiyəyə, oradan da  Cənubi Avropa ölkələrinə nəql olunur.

 

Nəticə: Şimal axını davam edir və məcburən “Şimal-2” də dövriyyəyə girəcək. Türkiyə axını da böyük ehtimal qalacaq. Polşa və Ukrayna isə tranzit nəqliyyat dəhlizindən əldə edilən gəlirdən və qazdan mərhum olacaq.

Heç bir müharibə əbədi davam etmir. Müharibə bitəndən sonra Ukrayna və Polşa Avropa dövlətlərinin necə həvəslə Rusiya qazını almasını kənardan seyr edəcək.

Bir məsələyə də diqqət çəkim: məsələn, Katar dövlətinin də kifayət qədər neft-qaz ehtiyatı var. Amma ərzaq təhlükəsizliyi sıfırdır. Elə bu səbəbdən də ABŞ Səudiyyə dövləti vasitəsilə Katarı “boğanda” cəmi 2 həftə davam gətirə bildi. Sonradan İran və Türkiyənin verdiyi süni tənəffüslə vəziyyətdən çıxdı.

Bu ilki proqnozlarda Rusiya rekord həddə taxıl və buğda istehsal edir. Böyük ehtimalla ixracatı kəskin aşagı salıb, bu “silahından” da istifadə edəcək. Odur ki, biz mütləq ərzaq təhlükəsizliyi barəsində ciddi düşünməli, daxili bazar üçün kifayət edən qədər taxıl və dənli bitkilər əkməliyik.

 

Sabina Mirzoyeva

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90